Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

Məkkədə daha bir olay: Oteldə yanğın - Foto

Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verib.

Azərbaycanlı zəvvarlardan verilən məlumata görə, yanğın zəvvarlarımızın qaldığı "Əli Musa" otelinin yaxınlığındakı bir başqa oteldə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın baş verən oteldə köməksiz vəziyyətdə qalanlar qaldırıcı kranlar vasitəsi ilə evakuasiya olunublar.

Zəvvarların sözlərinə görə, əraziyə 50-dən çox təcili yardım maşını cəlb olunub. Yanğın baş verən oteldə tüstüdən zəhərlənənlərin olduğu deyilir.

Qeyd edək ki, yanğınsöndürənlər yanğının qarşısını alaraq alovun yaxınlıqdakı digər otellərə keçməsinə imkan verməyiblər./apa/



490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP