Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

Ayətullah Xamenei: "Faciənin arxasında səhlənkarlıq dayanır"

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Səudiyyə Ərəbistanı hökumətini sərt tənqid edib.

Ali Dini Rəhbər Mina dağındakı faciənin məhz Səudiyyə Ərəbistanı hökumətinin səhlənkarlığı üzündən baş verdiyini bildirib: "Səudiyyə Ərəbistanı hökuməti faciəyə görə məsuliyyət daşımalıdır. Bu faciənin arxasında səhlənkarlıq dayanır".

Xatırladaq ki, Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı, son məlumatlara görə, 1200 nəfərə çatıb, 887-dən çox adamsa yaralanıb.

İlkin məlumatlara görə, ölənlərdən 130-ə yaxını İran vətəndaşıdır. Daha 150 iranlının isə yaralandığı bildirilir.
Artıq İran hökuməti ölkədə üçgünlük matəm elan edib.
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP