Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

Türkiyə PKK-nın əlindən qan ağlayır

PKK-dan 4 bölgədə hücum: yaralılar var


PKK Türkiyənin dörd bölgəsində polis əməkdaşları, hərbçilər və mülki vətəndaşlara qarşı terror hücumları həyata keçirib.

Bingöldə PKK üzvləri və təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Siirt, Diyarbəkir və Hakkaridə də terror hücumları olub.

Təhlükəsizlik qüvvələri Bingöl-Elazığ yolunu bağlamağa çalışan PKK-ya mane olmağa çalışıblar. Polis əməkdaşlarının təslim olmaq tələbinə onlar atəşlə cavab veriblər. Nəticədə iki polis əməkdaşı və bir mülki şəxs yaralanıb.

Siirtdə isə PKK su anbarının təhlükəsizliyini təmin edən əsgərlərə hücum ediblər. Bu hadisə nəticəsində bir əsgər yaralanıb.

Diyarbəkirdə bir qrup PKK prospektdə əldəqayırma partlayıcını işə salıb. Həmin vaxt alış-veriş üçün evindən çıxan 15 yaşlı yeniyetmə yaralanıb.

Hakkaridə də jandarma məntəqəsini atəşə tutublar. Təhlükəsizlik qüvvələri cavab atəşi açıblar. Bundan sonra qaçıblar. Onların qaçdığı ərazi top atəşinə tutulub.
494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı