Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

Məkkədə ölən azərbaycanlı zəvvar orada dəfn olunacaq

Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvar Məkkədə dəfn ediləcəyi gözlənilir.

Mərhumun yaxınları "Trend"ə bildiriblər ki, həcc ziyarəti zamanı rəhmətə gedənlər qaydaya görə Məkkə şəhərində basdırıldığından Fəxrəddin Zeynalovun da nəşi böyük ehtimalla Azərbaycana gətirilməyəcək və o, Məkkədə ölən zəvvarlar üçün yaradılmış qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, həcc ziyarəti zamanı ölən şəxs 1954-cü ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuş məcburi köçkün, həcc ziyarətinə getməzdən əvvəl Abşeron rayonunda, Xırdalan şəhərində yaşamış Fəxrəddin Oruc oğlu Zeynalov olub.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər ki, F.Zeynalov ürək tutmasından dünyasını dəyişib. O, bütün həcc əməllərini həyata keçirəndən sonra qəflətən infarkt keçirib.

F.Zeynalovun 3 oğul, bir qızı var. Hazırda mərhumun yaşadığı Xırdalan şəhərində qohumları bir araya gəlib onun yas mərasiminə hazırlaşırlar. Mərhumun yas mərasimi sentyabrın 29-da Sumqayıt şəhərində təşkil olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan 2600 nəfərə yaxın zəvvar Səudiyyə Ərəbistanda həcc ziyarətinə yollanıb.
547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17