Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

Tanınmış ilahiyyatçı saxlanıldı - Və azad edildi

“Müsəlman Birliyi Hərəkatı”nın sədri, tanınmış ilahiyyatçı Tale Bağırzadə Yevlax rayonunda saxlanılıb.

Bu barədə Tale Bağırzadənin yaxınları məlumat verib.

Məlumatda qeyd olunur ki, Tale Bağırzadə bu gün səhər saatlarında ailəsi ilə birlikdə Yevlax rayonuna səfər edib. O, rayon məscidlərindən birində cümə namazında çıxış edən zaman hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Tale Bağırzadənin hazırda Yevlax Rayon Polis İdarəsində olduğu bildirilir.

T.Bağırzadəni apararkən, dindarlarla hüquq-mühafizə əməkdaşları arasında qarşıdurma yaranıb. Onlar dindarlara ilahiyyatçının 20 dəqiqədən sonra buraxılmasına söz versələr də, bu həyata keçirilməyib.

MBH sədrinin saxlanıldığı bölmə xüsusi təyinatlılarla əhatə olunub.

T.Bağırzadəylə birgə daha bir neçə dindarın saxlanıldığı bildirilir./AzadXeber/

***

Son məlumata görə, Tale Bağırzadədən Polis İdarəsində izahat alındıqdan sonra sərbəst buraxılıb.
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
24.06.17, 09:15
Kəbə yaxınlığı