Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

İranlı zəvvardan şok açıqlama: “Cəsədlər...”

Səudiyyə Ərəbistanının Mina şəhərində baş verən izdihamlı faciədə sağ qalmağı bacaran iranlı zəvvar bu hadisədə sözügedən ölkənin hökumət rəsmilərini günahlandırıb.

Press TV-yə danışan zəvvar xilasedicilərin hadisə yerinə 2 saat sonra gəldiyini deyib.

“Xilasedicilər bir neçə nəfər idi. Yaralılara yardım etmək əvəzinə, cəsədləri ərazidən yığışdırırdılar”.

Zəvvarların bir-birinə yardım etdiyini vurğulayan iranlı zəvvar daha sonra bunları deyib:

“Bizə heç kim kömək etmirdi. Bir neçə iranlı zəvvar hündür yerə çıxıb, bizlərə içməli su atdı. Digərləri də uşaq və yaşlılara kömək etməyə başladı. Yalnız 2 saat sonra xilasedicilər gəldi”.

İranlı zəvvar Səudiyyə Ərəbistanı hökumətinin ölənlərin sayını gizlətdiyini, hadisə zamanı 1300-dən çox insanın öldüyünü deyib.

Qeyd edək ki, rəsmi məlumatda faciədə 753 nəfərin həyatını itirdiyi deyilir./axar/
3634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
22.05.17, 08:37