Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

PKK: Dərslər kürd dilində olsun

Kürd dilində dərslərin keçirilməsi tələbi ilə məktəbləri bir həftə boykot etmək düzgün seçimdir.

Bunu PKK-nın Qəndil rəhbərliyindən Mustafa Qarasu deyib. Onun fikrincə, bu boykota qoşulmayanların kürdlüyünə şübhə var.

PKK lideri hesab edir ki, özlərinə kürd deyənlər dinməzcə övladlarını məktəblərə göndərir: “Valideynlərin ilk işi övladına ana dilini öyrətməkdir. Uşaqlarını asimliyasiya siyasətindən qorumayanlar valideynlik borcunu doğru yerinə yetirmir”.

Qarasunun sözlərinə görə, kürd dili məktəblərdə tədris olmadan demokratik irəliləyişlər mümkün deyil. Qeyd edək ki, Demokratik Toplum Konqresi məktəbləri bir həftə boykot etməyə çağırıb./axar/
395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat