Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

Məkkədə daha bir azərbaycanlı zəvvar öldü

Bu gün Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan daha biri dünyasını dəyişib.

Bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Həyatını itirən şəxs Kəklik Aslanovadır.

Onun sözlərinə görə, K.Aslanova Məkkəyə həyat yoldaşı ilə yollanıb. Zəvvar günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Aslanovanın həyat yoldaşı ixtisasca həkimdir.

Bu, Məkkədə dünyasını dəyişən sayca ikinci azərbaycanlı zəvvardır. Bundan əvvəl Qubadlı rayonundan olan məcburi köçkün, 1954-cü il təvəllüdlü Fəxrəddin Oruc oğlu Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəflətən dünyasını dəyişmişdi. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.
434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı