Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

“Sussan, günün birində növbə sənə də çatacaq!”

Sülh və Demokratiya Institutu Insan Hüquqları Günü ilə bağlı vətəndaşlara çağırış etdi

«Bu gün səni qaz kamerasında boğmurlarsa, sənin işin yananın külünü yığışdırmaqdırsa, o demək deyil ki, sabah sən öz uşaqlarının külünü oradan təmizləməyəcəksən!»

Bu gün Beynəlxalq Insan Hüquqları Günüdür. Bu münasibətlə Sülh və Demokratiya Institutu xüsusi bəyanat hazırlayıb. Təşkilatın rəhbəri Leyla Yunus bəyanatda yazır:
Bu gün Azərbaycanda 140 nəfərdən artıq siyasi məhbus və vicdan məhbusu həbsxanada həyatını və sağlamlığını itirir. Oktyabrın 9-da hakimiyyətin növbəti zəfə qəsb edilməsindən sonra bütün ölkə boyu saxta ittihamlarla həbs olunan şəxslərin işi üzrə məhkəmə prosesləri gedir. REAL hərəkatının sədri Ilqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu, eləcə də Ismayıllı hadisələri üzrə həbs olunmuş digər şəxslərin Gəncədəki istintaq təcridxanasından aparıldığı Şəkidə isə məhkəmə bu adamlar üçün aylarla davam edən işgəncəyə çevrilib. Lənkəranda Müsavat funksioneri Yadigar Sadıqovun məhkəməsi isə cənub bölgəsində yaşayanlara dərs vermək məqsədi daşıyır. Yəni, hətta ən ziyalı müəllim də xuliqan kimi qələmə verilib həbsxanaya göndərilə bilər!
Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda məhkəməsi gedən 8 gənc fəala isə bunu demək istəyirlər: əgər sifarişçi istəsə, 8 yox, lap 8000 nəfər də narkoman-terrorçu tuta bilərik və heç bir Amerika, Avropa sizə kömək eləyə bilməz!
Seçkidən keçən iki ay ərzində avtoritar Əliyev rejiminə qarşı çıxmaq cəsarətində bulunan dörd nəfərə artıq hökm oxunub: tanınmış hüquqşünas, hüquq müdafiəçisi Qurban Məmmədov (3 il həbs), ilahiyyatçı Tale Bağırzadə (2 il), jurnalist Sərdar Əlibəyliÿ(4 il), blogger Rəşad Ramazanov (8 il).
Sözün düzünü dilə gətirənlər həmişə diktatorları, işğalçıları qorxudub. Bizim Vətənimiz də məhz işğal olunub - bir qismi erməni işğalçıları tərəfindən, qalanı da avtoritar rejim tərəfindən.
Vətəndaşlar ümid edir ki, susqunluq və itaət göstərməklə hakimiyyətə qarşı çıxanların hakimiyyətə qarşı çıxanların dəhşətli aqibətini yaşamaqdan sığortalanacaqlar. Bir çox həmvətənlərimiz düşünür ki, əsas məsələ ailəni dolandırmaq, uşaqların gələcəyini təmin etməkdir. Ona görə də susmaq lazımdır...
Elə həmin adamların günlərin birində gəlib evlərini sökəndə onlar təəccüblənirlər və bu zaman onlar nə ailələrini, nə də evlərini qoruya bilmirlər. Anlamaq lazımdır ki, bu gün susursansa, sabah növbə sənə də çata bilər!
Əziz həmvətən, əgər bu gün sənin özünü qaz kamerasına və ya sobaya doğru itələmirlərsə və sənin işin külü yığışdırmaqdırsa, bu hələ o demək deyil ki, sabah sən öz uşaqlarının və ya valideynlərinin külünü oradan təmizləməyəcəksən!
Əziz azərbaycanlılar, Insan Hüquqları Gününüz Mübarək!"
1739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...