Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2015

Həcc tarixində ən böyük fəlakətlər (siyahı)

1975-ci ilin dekabrı: Zəvvarların çadır şəhərciyində qaz balonu partladı, yanğından 200 zəvvar öldü.

1987-ci ilin iyulu: Səudiyyə Ərəbistanı polisi İrandan olan 400 zəvvarı öldürüb.

1990-cı ilin iyulu: Məkkə yaxınlığında al-Muaissem tunelində kondensioner sisteminin sıradan çıxması ilə 1426 zəvvar öldü. Həmin gün Qurban bayramı və Həcc ziyarətində şeytana daş atılması mərasimi idi.


1994-cü ilin mayı: Minada Camarat körpüsündə basabasda 270 zəvvar öldü. Həmin gün şeytana daş atıldığı gün idi.

1997-ci ilin apreli: Minada zəvvar çadır düşərgəsində yanğından 343 zəvvar öldü. Bundan sonra Səudiyyə Ərəbistanı daimi, yanğına davamlı çadır şəhərciyi salmaq qərarına gəldi.

1998-cu ilin apreli: Bütün Həcc ziyarəti dövründə 119 zəvvar öldü

2004-cü ilin fevralı: İzdihamda, basabasda Camarat körpüsü yaxınlığında 251 zəvvar öldü. Həmin gün şeytana daş atıldığı gün idi.

2006-cı ilin yanvarı: Şeytana daş atılması mərasimində Camarat körpüsünün şərq girişində 362 zəvvar öldü.

2015-ci ilin sentyabrı: Həcc ziyarəti başlamazdan bir neçə gün əvvəl Məkkədə qaldırıcı kran aşdı, 111 adam öldü.

2015-ci ilin sentyabrı: Minada zəvvar düşərgəsindən Camarat körpüsünə hərəkət edən zəvvarların basabasında 753 adam öldü.
596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı