Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2015

Seçsələr, ABŞ-ı bu it idarə edəcək - Adı Mildreddir

Bu şəkildə gördüyünüz it dünyanın ən güclüsü ola bilər

Yazının başlığına baxıb məqsədimizin indiki namizədlərdən kimisə təhqir etmək olduğunu düşünməyin. Söhbət, həqiqətən, dördayaqlı heyvandan gedir.

 ABŞ-da respublikaçılarla demokratlar ölkəyə rəhbərlik etmək üçün bir-birini qırarkən, ölkə vətəndaşlarından biri ən yüksək postda öz itini görmək istəyib. Maraqlıdır ki, Tennesseeli adlı vətəndaş ağlına gələn bu ağlagəməz fikrini reallaşdırmağa qərar verib.

Ölkədə dərc olunan “Storyful” qəzetinin bildirdiyinə görə, Tennesseelinin bu bəxtəvər itinin adı Mildreddir. Sahibi tərəfindən namizədliyi irəli sürülən Mildredin prezidentliyi, deyəsən, ABŞ-da çox adamın ürəyincədir. Məhz buna görə də namizədliyi açıqlanandan sonra ötən 48 saat ərzində bəxtəvər köpəyin kampaniyası üçün 10 min dollarlıq ianə toplanıb. Sahibi seçki kampaniyasında üzərində Mildredin şəkili olan gödəkcələr də sifariş verib.

Qəribədir ki, öz itinə bu qədər dəyər verən Tennesseeli indiyədək ona yaxşı yiyəlik etmirmiş. ABŞ-ın gələcək prezidentliyinə iddialı Mildred Mount Juliet şəhərində müftə xidmət göstərən “Keçmiş Dostlar” it sığınacağında yaşayır. Yəni, Amerikanın ən kasıb itlərindən sayılır./Strateq/
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45