Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2015

Rusiya Suriyaya hərbi texnika göndərməkdə davam edir

Rusiya Suriyaya modern silahlar, eləcə də təyyarə və helikopterlər göndərib.

Nur-az.com musavat-a istinadən xəbər verir ki, bu barədə Livan Hizbullah Müqavimət təşkilatının lideri Seyid Həsən Nəsrullah "Röyter"ə açıqlamasında bildirib.

Nəsrullah qeyd edib ki, Moskvanın Dəməşqə silah yardımını alqışlayır. "Hizbullah" lideri qeyd edib ki, Rusiya ABŞ-ın İŞİD qruplaşması ilə mübarizədə uğursuluğundan sonra münaqişəyə bilavasitə müdaxilə etmək qərarına gəlib.

Sentyabrın 22-də Pentaqon kosmosdan çəkilmiş şəkilləri yayaraq iddia edib ki, Rusiya Suriyaya 24 ədəd Su-30 və 12 ədəd Su-25 qırıcıları, eləcə də 15 ədəd Mi-17 və Mi-24 helikopterləri göndərib. Bu hərbi texnikalar, eləcə də 36 ZTR, 9 tank və iki HHM sistemi Suriyanın Latakiya şəhərindəki hərbi aerodroma An-124 təyyarəsində gətirilir.
664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP