Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2015

ABŞ polisi əlili güllələdi

ABŞ-ın Delaver ştatının Vilminqton şəhərində polis arabada oturmuş əlinin silahlı olduğunu düşünərək, onu güllə yağışına tutub. 19 yaşındakı Ceremi Makdoyl adlı iflic adam hadisə yerində ölüb. Hadisə anı hal şahidləri tərəfindən cib telefonu ilə qeyd edilib.

İflic Makdoylun 4 polis tərəfindən vurulması böyük ajiotaj yaradarkən, Vilmington polisinin sözçüsü deyib ki, polislər daxil olan bir xəbərə görə hadisə yerinə gediblər və Cereminin əlindəki silahı ətrafdakılara tuşladığını görüblər, ona görə də ona atəş açmağa məcbur olublar.

Ancaq küçə ortasında öldürülən əlilin ailəsi bu versiya ilə razılaşmır. Onlar bildirirlər ki, Makdoylu öldürmədən də zərərsizləşdirmək mümkün idi.

Ceremini ailəsi polis təşkilatından şikayətçi olduğunu bildirib.

Gənc yaşda yoldaşının qıçına atəş etməsi nəticəsində əlil arabasına məhkum olan Cereminin anası Filis deyib: "Oğlum böhran keçirirdi. Hal şahidləri onun silahı başqalarına deyil, özünə tuşladığını və intihara cəhd etdiyini söyləyir. Onu öldürmək tam bir edam aktıdır".

Mərhumun bacısı Leteşa Grin isə əlil arabasında olan qardaşının elektroşokla müdaxilə nəticəsində zərərsizləşdirilə biləcəyini bildirərək deyib: "Qardaşımı rəsmən qətlə yetirdilər".
447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28