Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2015

Yara gec sağalır? Təhlükəli simptom

Hər bir insan travmalar, kəsiklər, sıyrıntılar, yaralarla üzləşir.

Bəzən insan fikir verir ki, yara uzun müddət ərzində sağalmır. Bu təhlükəli simptomdur. Diqqətli olun! Bəzən yaraların gec sağalması çox ciddi xəstəliklərin simptomu ola bilər.

Beləliklə, hansı səbəblərə görə yaralar gec sağalır?

- Əgər yara uzun müddət ərzində sağalmırsa, bu yaraya infeksiyanın düşməsindən xəbər verə bilər. Bu halda yara şışır, qızarır, ağrıyır, bədən hərarəti qalxa bilər. Bu təhlükəli haldır. Xəstə mütləq cərraha müraciət etməlidir.

Şəkərli diabet zamanı yaralar çox gec sağalır. Bu diabetin ilk simptomlarından biridirir. Yaralar gec sağalırsa, mütləq qanda şəkərin səviyyəsini yoxlayın.

Avitaminoz və hipovitaminoz (vitamin və mineralların çatışmazlığı) da yaraların gec sağalmasına səbəb ola bilər.

İmmun sisteminin zəifləməsi, immunodefisitlər zamanı yaralar çox gec sağalır. Bu səbəbdən əgər yaralar çox gec sağalırsa, bu insanın immun sistemində olan pozulmalardan xəbər verə bilər.

Spirtli içkilərin qəbulu yaraların daha gec sağalmasına səbəb ola bilər.

- Bəzi dərman preparatları (aspirin, ibuprofen və digər iltihabəleyhinə preparatlar) qanın laxtalanmasını azaldır və nəticədə yaralar daha gec sağalır.

Natamam qidalanma, aclıq yaraların gec sağalmasına səbəb olur. Yaraları bağlayan kollagen liflərinin sintezi üçün orqanizm kifayət miqdarlarda zülalları, kabohidratları, yağları almalıdır. A və C vitaminləri, bəzi minerallar da yaraların sağalması üçün çox vacibdir.

Yaşlı insanların orqanizmində bir çox proseslər ləngiyir. Bu, o cümlədən, yaraların daha gec sağalmasında özünü büruzə verir. Hamı bilir ki, uşağın orqanizmi çox tez bərpa olunur, istənilən yara, cızıq və s. çox tez sağalır. Yaşlı insanlarda isə əksinə.

Qan dövranı pozulmaları yaraların gec sağalmasına səbəb ola bilər. Bu pozulmalar ürək-damar sistemi xəstəlikləri zamanı inkişaf edir./sağlamolun/

630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber