Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2015

Zibil qabı üzünə həsrət Novxanı...

Bakı kəndində bir dənə də olsun zibil qutusu yoxdur, səbəb...

Bakının ən qədim kəndlərindən biri hesab olunan Novxanının nə mərkəzi, nə də ətraf ərazisində bir dənə də olsun zibil qabı yoxdur.
Bu barədə bilgiləndirən mənbənin sözlərinə görə, məhz bu səbəbdən vətəndaşların bir çoxu gündəlik məişət tullantılaırnı ya şəxsi avtomobillər vasitəsi ilə atmalı, ya da elə həyətincədə yandırmalı olur. Sakinlərin bir çoxu isə zibilləri yol kənarlarına atır ki, bu da ərazinin sürətlə çirklənməsinə, ətrafda antisanitariya vəziyyətinin yaranmasına səbəb olur. İşin ən qəribə tərəfi isə budur ki, mövcud vəziyyət nə Novxanı bələdiyyəsini, nə də yerli icra nümayəndəliyini narahat etmir. Kənd bələdiyyəsi yaşayış məntəqələrini standartlara uyğun normal zibil qabları ilə təmin etmək əvəzinə, hər kəsi fərdi şəkildə bələdiyyə ilə əməkdaşlıq etməyi, ayda 3 manat qarşılığında zibilyığan maşının zibilləri fərdi həyətlərdən götürməsini təklif edir. Bəzi vətəndaşlar bu formada tullantılardan xilas olsa da, bəzi yerlərə zibil maşınları yolların dar olması səbəbi ilə girməkdən imtina edir. Belə olan halda vətəndaşlar məlum şərtlər daxilində belə bu xidmətdən yararlana bilmir.
Kəndə zibil qutularının gətirilməməsinin səbəbi isə illər uzunudur ki, müəmma olaraq qalmaqdadır.
Mənbənin sözlərinə görə, kənd sakinləri respublikanın bütün ərazilərində olduğu kimi Novxanıda da müəyyən nöqtələrə nəhəng zibil qablarının qoyulmasını zəruri hesab edir. Onların fikrincə, bələdiyyə bütün kəndlə fərdi şəkildə işləmək əvəzinə ümumi zibil qablarından istifadə etsə, bu, vətəndaşların rahatlığı və ərazinin təmizliyi baxımından bir o qədər məqsədəuyğun olar./Moderator/


774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19