Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2015

Bakıda silahlı insident: iki nəfər ayağından vuruldu

Bakıda 2 nəfər ayağından silahla vurulub. Hadisə Xətai rayonu ərazisində baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Məhəmməd Hadi küçəsi 7-də baş verən silahlı insident zamanı iki nəfər ayağından yaralanıb.

Onları vuran şəxs qaçaraq hadisə yerindən uzaqlaşıb. Hadisənin hələ ki, hansı səbəbdən baş verməsi məlum deyil. Məlum olan odur ki, silahlı şəxsin güllələdiyi iki nəfəri öldürmək yox, qorxutmaq məqsədi ilə vurub.

Sentyabrın 20-də baş verən hadisəni törədən şəxsin kimliyi məlum olub. O, 1978-ci il təvəllüdlü Azər Məmmədov olub. Azər Məmmədov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Məlum olub ki, o cinayəti törətdiyi pnevmatik tapançanı Xəzər dənizinə atıb.

Hadisə zamanı yaralanan şəxslər Seymur Soltanəliyev və Faiq Rəşidov olub./musavat/
466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı