Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Kompüter “maus”unun 45 yaşı tamam olur

9 dekabr 1968-ci ildə Kaliforniyada kompüterin idarə olunması üçün hazırda heç bir istifadəçinin keçinə bilmədiyi dünyanın ilk qurğusu – fərdi kompüter “maus”u nümayiş olunub.
Bu qurğu üçün patent hüququnu 1970-ci ildə ixtiraçı Duqlas Enqelbart alıb. O vaxt “maus” ikitəkərli və üçdüyməli böyük taxta qurğudan ibarət olub. Sənəddə qeyd olunub ki, bu kəşf vizual displeylər sisteminə, ilk növbədə seçilmiş yerlərdə təsvirin dəyişməsinə aiddir.
Dəstinə “maus”un daxil olduğu ilk kompüter 1981-ci ildə təqdim olunan "Xerox 8010 Star Information System” kompüteri hesab edilir. Kompüterin qiyməti 400 dollar olub ki, bu da indiki qiymətlərlə müqayisədə min dollara bərabərdir. 1983-cü ildə “Apple” şirkəti “Lisa” kompüteri üçün qiyməti 25 dollaradək azalan birdüyməli “maus” istehsal edib. “Maus”lar əsasən “Apple Macintosh” və “IBM PC” üçün “Windows” sistemində istifadə sayəsində məşhurlaşmağa başlayıb.
Hazırda bazarda müxtəlif növ – simli və simsiz, korpusu və çəkisi dəyişən, oyunlar üçün çoxdüyməli və sensor panelli və s. “maus”lar təqdim olunur. Ən sadə modelləri bir neçə dollara əldə etmək mümkündür, halbuki əvvəllər belə qurğuların qiyməti yüz dəfə çox olub.
Xatırladaq ki, D.Enqelbart ötən ilin yazında Aterton şəhərində 88 yaşında vəfat edib.
1634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP