Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

​İraq əcnəbi əsgərlərin ölkəni tərk etməsini istəyib

Amerika və ya kiminsə əsgərləri əvəzinə, İraqa silah-sursat, kəşfiyyat məlumatları və əsgərlərə təlim keçilməsi lazımdır.
Bunu cümə günü İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri deyib.
"İraq heç kimdən gəlib bizim torpaqlarda iraqlıların yerinə döyüşəcək əsgər göndərmələrini xahiş etməyib. İraqın ehtiyac duyduğu havadan dəstək, silah-sursat və təchizat, kəşfiyyat məlumatlarıdır, lakin quru qoşunları və ABŞ-ın yaxud hansısa başqa bir ölkənin hərbi bazaları heç bir halda lazım deyil", - deyə Nyu-Yorkda səfərdə olan nazir söyləyib.
542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.1