Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

AKP şərabları, rakıları satışda – Foto

Türkiyənin Konya şəhərində AKP brendi ilə mallar internet mağazada satışa çıxarılıb.

Baş nazir Əhməd Davudoğlunun doğma şəhərində yaradılan şirkət iki həftədir ticarətə başlayıb. “Ak Parti Store” adı ilə satılan məhsullar arasında spirtli içkilər yer alıb. Belə ki, AKP şərabı, rakısı, viskiləri, lükor və kokteylləro internetdə müştərilərə təklif olunur. Həmçinin, bu adda tütün məmulatları da satışdadır. Bu məhsulların üzərində Türkiyə Patent İnstitutunun markası var.

Şirkətin Prezident Tayyib Ərdoğanın oğlu Bilalın dəniz limanında satış həyata keçirəcəyi də planlaşdırılır. Bu məhsullardan əlavə bitkilər, paltaryuyan tozlar da satılır. Şirkətin Ərdoğanla əlaqəli olub-olmadığı bilinmir.

Qeyd edək ki, AKP-nin siyasətində "din mühüm yer" tutur. Amma partiyanın adından İslamda haram buyrulan spirtli içkilər satışdadır./axar/




521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:2