Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Burada insanın ciyərləri donur (FOTO)

Dünyanın ən soyuq yaşayış yeri

Bura dünyanın ən soyuq yaşayış yerlərindən biridir. Rusiyadakı Oymyakon kəndində qış aylarında havanın temperaturu -52-78 arasında dəyişir. 
Ans-in məlumatına görə, bu kənddə 600-ə yaxın insan yaşayır. Kənddə orta temperatur -47 dərəcədir. Bir məktəb və sağlamlıq ocağının olduğu Oymakonda qış aylarında elektrik cihazlarından demək olar ki, istifadə etmək mümkün olmur. 
Kəndlililər at və maral əti ilə qidalanır, kömür və odundan istifadə edilir. 
Oymyakonda qışda ancaq 3 saat günəş görünür. Məktəblər ancaq -52 dərəcədən aşağı temperatur olsa tətil elan edilir. 

Kənddə yay aylarında turistlər gəlir. Kəndlilərdə məhz bu zaman əldə etdikləri gəlirlə qışa tədarük görürlər. 
Oymyakonda hava şəraiti nə qədər pis olsa da, kəndlilər burada yaşamaqdan məmnundurlar. Yay aylarında havanın temperaturunun 30 dərəcəyə qalxması anomal hal kimi qəbul edilir. 
Əslində Oymyakon "donmayan su" deməkdir. Kəndin adı ironik olaraq belə adlandırılıb. 













1675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber