Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

Peterburqda 54 yaşlı azərbaycanlı özünü asdı

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı intihar edib.

Report xəbər verir ki, 54 yaşlı kişi sentyabrın 27-də gecə yarısı Bela Kun küçəsində yerləşən binanın mənzilində asılı vəziyyətdə tapılıb.

Mərhumu birgə kirayə qaldığı 42 yaşlı həmyerlisi aşkar edib. O özünü otaqlardan birinin çılçırağına bağladığı kəndirdən asıb. Meyitin üzərində heç bir zorakılıq və inyeksiya əlamətləri aşkar olunmayıb.
386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber