Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

Ərəbistanlı mufti: “...Bu hadisədə siz heç bir məsuliyyət daşımırsınız, baş verənlər bir təqdir idi!”

Nur-az.com mashriq.ir-a istinadən:
Müqəddəs həcc mərasimində baş verən son hadisə yaxın dövrün ən böyük faciələrindən biri kimi bütün müsəlman aləmini matəmə qərq edib. Bu arada bir çox ölkələr, o cümlədən, İran İslam Respublikası tərəfindən Səudiyyə Ərəbistanına qarşı mərasimin təşkili, təhlükəsizlik və əmniyyətin təminində baş verən səhlənkarlığa görə ciddi tənqid və etirazlar başlanıb. Maraqlıdır, Şeyx Əbdüləziz (Ali-şeyx) ötən cümə günü təşkil edilən iclasda şahzadə Məhəmməd bin Nayifə (vəliəhd) müraciət edərək bildirib ki, bu hadisədə siz heç bir məsuliyyət daşımırsınız, baş verənlər bir təqdir idi. Yaranan gözlənilməz vəziyyət insanın ixtiyarından xaric olduğu üçün belə bir təqdirin qarşısı alınması mümkün deyildi.
Bununla belə, Ərəbistan Həcc Mərasiminin Təşkili Komitəsinin sədri baş verən hadisə ilə bağlı tədqiqata dair göstəriş verib.
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber