Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

"Sanksiya tətbiq edilsə, nüvə anlaşması darmadağın olacaq"

ABŞ Konqresi yeni sanksiya tətbiq etsə, nüvə anlaşması darmadağın olacaq – İran XİN rəhbəri
"Əgər Konqres yeni sanksiyaları tətbiq etsə bu onların ciddi olmadığını göstərir"

“Biz təzyiqlərlə birgə olan müzakirələrə dözə bilmərik”.

İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın “Time” məcəlləsinə verdiyi müsahibədə bildirib. O, konqresmenlərindən bəzilərinin yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlərinə işarə edərək, deyib ki, bu baş verərsə onda nüvə razılaşması da ölmüş olar.

İran XİN rəhbəri deyib: “Biz təzyiq altında müzakirə etməyi xoşlamırıq. Əgər Konqres yeni sanksiyaları tətbiq etsə bu onların ciddi olmadığını göstərir. ABŞ daxilində ixtilaflar barədə xəbərdaram. Amma bu onlara bəraət qazandırmır. Mənim arxamda da parlament var. Əgər danışıqlar və razılaşmaya əməl edilməsə mənim parlamentim də yeni qərarlar qəbul edəcək. Biz də öz parlamentimizdən xahiş etmişik ki, əl saxlasınlar. Biz ciddiyik”.
1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hət