Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

29 sentyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber