Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Kiyev: aksiya dağıdıldı, çadırlar söküldü, Maydan mühasirədə

Dekabrın 10-na keçən gecə Kiyevdə “Berkut” xüsusi təyinatlıları və daxili qoşunlar müxalifət tərəfdarlarının Prezident Administrasiyası, Nazirlər Kabineti və Ali Radanın binaları ətrafında qurduğu barrikadaları təmizləyib. Apa-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qalxanların köməyi ilə barrikadalardakı insanları sıxışdıraraq hökumət binalarının ətrafından uzaqlaşdırıblar. Çadır şəhərcikləri sökülüb.

Əməliyyat zamanı mitinqçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ciddi toqquşmalar baş verməsə də, müxalifət liderlərindən biri, “Svoboda” Partiyasının rəhbəri Oleq Tyaqnibok zərər çəkənlər olduğunu bildirib. Müstəqillik meydanında etiraz aksiyası isə davam edir.

Qeyd edək ki, bu gün ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Ukraynaya səfər edərək həm hakimiyyət, həm də müxalifətlə görüşlər keçirəcəklər. Kiyevdə prezident Viktor Yanukoviç və müxalifət liderlərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi də gözlənilir.
1625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı