Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

“Məkkədə azı 4700 adam ölüb”

İran Həcc Ziyarət Qurumunun rəhbəri Səid Ohədi Mina dağında baş verən izdihamda ölənlərin sayının 4700 olduğunu deyib.

İran televiziyasına müsahibə verən qurum rəhbəri izdihamda ölən iranlıların sayının artıq 228-ə yüksəldiyini bildirib: “Aqibətlərindən xəbər tuta bilmədiyimiz 248 iranlı var. Ölü sayının artacağından narahatıq”.

Həyatını itirən hacıların onlarla ölkədən olduğuna diqqət çəkən Ohədi, hadisə zamanı ölən zəvvarların sayının ən azı 4 min 7000 nəfər olduğu qənaətindədir: “Hələ 21 “TIR”-da azı 3 min cəsəd təxliyə üçün gözlədilir”.

Səudiyyə Ərəbistanı rəhbərliyinin cənazələri ölkələrinə göndərməyərək, kütləvi şəkildə dəfn etmək istəyi xəbərinə münasibət bildirən İran Xarici İşlər nazirinin müavini Əmir Hüseyn Abdullahian isə bu məsələyə birmənalı mövqe sərgilədiklərini açıqlayıb: “Biz buna qəti şəkildə qarşıyıq. Heç bir halda Səudiyyə Ərəbistanına belə bir icazə verməyəcəyik”.
2405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı