Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

Putin: Suriyada Əsəddən başqa heç kim İŞİD-ə qarşı mübarizə aparmır»

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında beynəlxalq aləmdən Suriya lideri Bəşər Əsədə dəstək istəyib.

Putin Qərb dövlətlərini Suriya lideri Bəşər Əsədi, həmçinin İraq və Liviyadakı iqtidarları dəstəkləməyə çağırıb.

Onun fikrincə, Əsəd və Suriya ordusu ilə əməkdaşlıqdan imtina etmək yanlış qərardır: «Suriyada Əsəddən başqa real olaraq heç kim İŞİD-ə qarşı mübarizə aparmır».

Putin onu da bildirib ki, İŞİD Qərb dünyasının yanlış siyasəti nəticəsində meydana çıxıb.

Ukraynadakı olaylara toxunarkən Putin bildirib ki, vəziyyətdən yeganə çıxış yolu Minsk razılaşmasına əməl olunmasıdır. Rusiya prezidenti hesab edir ki, Ukraynada bir qrup insanın hökumətə qarşı narazılığından istifadə edərək çevriliş ediblər, bu da sonradan vətəndaş müharibəsinə gətirib çıxarıb: «Biz əminik ki, axan qanı durdurmaq, çıxış yolu tapmaq üçün yeganə vasitə Minsk anlaşmasına əməl olunmasıdır. Təhdidlərlə, silah gücünə Ukraynanın ərazi bütövlüyünü təmin etmək olmaz».

Putin onu da bildirib ki, Ukrayna böhranının həli zamanı Donbasın maraqlarına hörmətlə yanaşılmalıdır.
378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01