Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Suriyada daha iki jurnalist oğurlandı

Bu barədə "El Mundo" məlumat yayıb. "Əl Qaidə" ilə əlaqədə olan qruplaşma tərəfindən oğurlananlar adı çəkilən qəzetin müxbiri Haviyer Espinosa və fotoqrafı Rikardo Qarsiya Vilanovadır. Onlar Pakka əyalətində, Türkiyə ilə sərhəd keçid məntəqəsində oğurlanıblar. Jurnalistlər iki həftə tapşırıqlarını yerinə yetirdikdən sonra Suriyanı tərk etməyə hazırlaşırdılar.

Onlarla birgə müxalif qüvəllərin Azad Suriya ordusunun 4 üzvüdə saxlanılsada, sonradan onlar azad edliblər.
Jurnalistlərin hansı məqsədlə oğurlandığı bəlli deyi, hələlik heç bir tələb irəli sürülmməyib.

Jurnalistlərin beynəlxalq müdafiəsi təşkilatı Suriyanın bu peşə sahibləri üçün ən təhlükəli ölkə olduğunu deyir. TƏşkilatın məlumatına görə, ötən il Suriyada 39 jurnalist öldürülüb, 20 jurnalist isə qaçırılıb. 2013-cü ilin noyabrna olan məlumata görə, bu ölkədə 25 jurnalist itkin düşüb.
1602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber