Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib

Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən sərnişini, 24 yaşlı Rəvanə Ağayeva özünü maşından çölə atıb.

Ağır bədən xəsarətləri alan Rəvanə Ağayevanı xəstəxanaya Cəbrayıl Cəbrayılov özü çatdırıb. Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Cəbrayıl Cəbrayılovun izahatı alınıb. Hadisənin səbəbləri Sabunçu rayon prokurorluğunda araşdırılacaq.

Rəvanə Ağayevanın avtomobildən yerə necə düşməsinin səbəbləri araşdırmaların sonunda bəlli olacaq.

İlkin ehtimala görə, Cəbrayıl Cəbrayılov və Rəvanə Ağayeva arasında əvvəllər sevgi münasibəti olub. Sonradan cütlük ayrılıb və Cəbrayıl Cəbrayılov ailə qurub. Ötən axşam Cəbrayıl və Rəvanə münasibətlərini aydınlaşdırmaq üçün görüşüblər və tərəflər arasında mübahisə yaranıb.
379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
13.01.17, 09:42
Akif Çov