Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

Səudiyyə şahzadəsi krala qarşı çıxdı: Hakimiyyət dəyişməlidir

Səudiyyə Ərəbistanı krallığının banisi və ilk hökmdarı Əbdül Əziz ibn Əbdürrəhman Əl Saudun nəvəsi krallıqda hakimiyyətin dəyişdirilməsi tələbi ilə çıxış edib.

Adının gizli saxlanılmasını istəyən şahzadə kral Salmanın hakimiyyətdən getməsi üçün 2 açıq məktub yazıb:

“Kral ölkədəki situasiyanı idarə etmək qabiliyyətində deyil. Əslində krallığı onun oğlu Məhəmməd ibn Salman idarə edir. Bununla bağlı mənim 4 ya 5 əmim bir yerə toplaşacaq və məktublarımı müzakirə edəcəklər”.
Şahzadənin sözlərinə görə, kralın dəyişməsində səudilərin “ikinci nəsli” ilə yanaşı, yerli qəbilə və klanların rəhbərləri də tərəfdar çıxır: “Onlar fikirləşir ki, hakimiyyət dəyişməsə, ölkəni fəlakət gözləyir”.

Böyük Britaniyanın “Guardian” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi barədə müzakirələr Kəbədə kranın aşması nəticəsində 100-dən çox insanın və Mina vadisindəki sıxlıq zamanı 5000-ə yaxın zəvvarın həyatını itirməsindən sonra aktuallaşıb.

69 yaşlı Salman ibn Əbdül Əziz Əl Saud bu ilin yanvarında kral Abdullanın ölümündən sonra taxta sahib olub. O, buna qədər Ər-Riyadın qubernatoru və müdafiə naziri postlarını tuturdu./modern/
473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber