Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

Nazarbayev: “BMT Asiyaya köçürülməlidir”

BMT-nin Baş Qərargahı Nyu Yorkdan Asiyaya köçürülməlidir.

Bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, artıq Asiya yenidən öz inkişaf tempini geri qaytarıb:

“70 il bundan əvvəl Millətlər Liqasının yerinə yaradılan BMT-nin Baş Qərargahının Nyu Yorkda yerləşdirilməsi haqqında qərar qəbul olundu. Bu o zaman beynəlxalq münasibətlər sistemində Qərb yarımkürəsinin artan rolu ilə bağlı idi. Dünyanın inkişaf mərkəzi köhnə dünyadan yeni dünya ABŞ-a yönəlmişdi. XXI əsrdə inkişaf mərkəzi böyük qitə olan, Yer əhalisinin 2/3 hissəsini əlində saxlayan, böyük resursları olan Asiyada yerləşir. Asiya iqtisadiyyatının güclü sıçrayışı qlobal proseslərdə yeni reallığı ortaya qoyur. Bu tarixi şansdan istifadə edib, dövlətlərin qarşılıqlı münasibətlərinə yeni impuls vermək lazımdır”.
444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...