Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

Məkkə faciəsi ilə bağlı iddia Pakistan və Hindistandan gəldi

Minada baş verən izdihamda həyatını itirənlərin sayı ilə bağlı daha bir iddia Pakistan və Hindistandan gəlib.

Hər iki ölkənin nümayəndələri izdiham zamanı 1100 nəfərin həlak olduğunu açıqlayıblar. Rəsmilər ölən şəxslərin hamısının fotoşəklini şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün xarici diplomatlara çatdırıldığını deyiblər.

Səudiyyə Ərəbistanı məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, bu gün İran Həcc və Ziyarət təşkilatının sədri Səid Ohədi Minada 4700 adamın həlak olduğunu iddia etmişdi.
419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27