Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

“Hakimlə prokuror həmrəylik etdi”

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov jurnalist Nicat Əliyevə və dindarlara verilən həbs cəzalarını tənqid etdi.

Natiq Adilov İslamazeri.az-a açıqlamasında höküməti sərt tənqid edərək deyib: “Bu gün biz bir daha hakimiyyətin əzazil üzünü gördük. Seçkidən sonra məhkəmələrin xüsusən qəddarlaşması diqqətimi çəkir. Fikir verdinizsə Qurban Məmmədova prokuror nə qədər iş istədisə hakimdə o qədər verdi. Nicatgilin işindədə bu baş verdi. Hakimlə prokuror həmrəylik etdi. Hökmü təbii olaraq əsassız və qanunsuz sayıram. Bu repressiyadır. Öz vətəndaşına qarşı hökumətin qeyri-adekvat qaba davranışıdır. Partiyamız bütün məzlumlar kimi, bu gün ədalətsizcəsinə məhkum olunan qardaşlarımızında müdafiəsində olacaq.”
1669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...