Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

Həcc prosesinin idarə olunmasında səriştəsizlik minlərlə zəvvarın ölümünə səbəb olub

Səudiyyə Ərəbistanında yüzlərlə zəvvarın ölümünə səbəb Həcc ziyarəti prosesinin idarə edilməsində səriştəsizlik olub.

Bu barədə bazar ertəsi İran prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında bildirib.

“Həcc prosesinin idarə olunmasında səriştəsizlik Səudiyyə Ərəbistanında minlərlə zəvvarın ölümünə səbəb olub”, - Ruhani deyib.

Onun sözlərinə görə, həlak olanların çoxunun indiyə qədər kimliyi müəyyən edilməyib. Yüzlərlə insan hələ də itkin düşmüş hesab edilir. Səudiyyə Ərəbistanı bütün dünyadan gələn zəvvarların “təhlükəsizliyin təmin edilməsinə dair beynəlxalq öhdəçiliyini pozub”.

Ruhani qeyd edib ki, nümayəndələrinin Məkkəyə gəlmək və öz itkin düşmüş vətəndaşlarının taleyini araşdırmaq üçün İran krallıqdan konsul xidmətlərinin göstərilməsini tələb edib.
455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP