Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

Mina faciəsi Ərəbistanın daha dərin problemlərinin üstünü açıb!























Nur-az.com alalam.ir-a istinadən:
Dünən İngiltərənin “Guardian” qəzetində Minada baş verən hadisəyə həsr edilən baş məqalələrdən birində qeyd edilib ki, ötən həftə həcc mərasimində yüzlərlə insanın ölümünə bais olan faciə Ərəbistan üçün ciddi siyasi şəkil alıb. Hələ bundan əvvəl qaldırıcı kranın aşıb, böyük xəsarət törətdiyi hadisədən sonra bir çox nümayəndələr və məsul şəxslər tərəfindən Ərəbistanın həcc mərasiminin təşkili, o cümlədən, hacıların canının təhlükəsizliyinin təmininə qadir olub-olmamasına dair qəti və yetərli suallar səslənməyə başladığı bir vaxtda yenisilə üzləşməyi məsələni daha da, ciddiləşdirib. Şübhəsiz, hal-hazırda Ərəbistan bir çox, o cümlədən, hacıların ölümündə İran tərəfindən ciddi ittihamı, neftin qiymətinin aşağı enməyi, Yəmənin ərazilərinə təcavüzü və s. kimi daha dərin problemlərlə əlbəyaxadır.
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber