Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

İŞİD-in əlində cinsi köləliyə məruz qalan 20 yaşlı qadın nə deyir?

İŞİD-in əlindən qaçaraq adının ifşa edilməsindən imtina edən 20 yaşlı yezidi kürd millətli bir qadın başına gətirilənlər barədə belə deyir: “Biz on nəfər qadın İraqın şimal-qərbindəki Səncar şəhərində terrorist qruplara əsir düşdükdən sonra Suriyada böyük məbləğdə hərraca qoyulduq və mən Əbu Abdullah ləqəbli bir amerikalıya satıldım. Ağdərili bu terroristin dediyinə görə, o, Amerikada müəllimlik vəzifəsində çalışırmış, həyat yoldaşı və iki övladı var imiş və 2013-cü ildə Suriyaya səfər edərək terroristlərə qoşulmuşdur. Geri qayıdıb, ailəsinə baş çəkməyi də, nəzərə almışdı və tutulmayacağından tam əmin idi... Xülasə, bu azğın insan gündə məni beş dəfə cinsi əlaqəyə məcbur edirdi. Nəhayət, qız və qadınları əsarətdən qurtarmaqda gizli fəaliyyət göstərən bir qrupun vasitəsilə onların əlindən canımı götürüb, qaça bildim.”
İŞİD tərəfindən əldə edilən qeyri-rəsmi mənbələrdə bu ilin iyulundan indiyədək İraqın şimalında 3000-ə yaxın qadın-qız terrorist qruplar tərəfindən oğurlanıb və 19 nəfəri cinsi köləlikdən imtina etdiyinə görə edam edilib. Rəsmi məlumatlara görə, İraq və Suriyada qız və qadınlar İŞİD tərəfindən adi əmtəə kimi alver edilir və hər biri dəfələrlə hərraca qoyulur. Onların içində ən bahalıları birdən doqquz yaşadək olanlarıdır. İŞİD-in təyin etdiyi qiymət siyahısında hər bir fərdin yaşına görə müəyyən dəyəri vardır:
1. 40-dan 50-yədək yaş həddi arası 43 dollar
2. 30-dan 40-adək yaş həddi arası 75 dollar
3. 20-dən 30-adək yaş həddi arası 89 dollar
4. 10-dan 20-yədək yaş həddi arası 130 dollar
5. 1-dən 9-adək yaş həddi arası 172 dollar.
Hətta bu fakturada qeyd edilir ki, türklər, suriyalılar və fars körfəzi ölkələrinin vətəndaşları istisna olmaqla başqa ölkələrə mənsub müştərilər bir alverdə yalnız üç nəfər kölə almağa icazəlidirlər.

Nur-az.com/shia-news
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber