Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2015

Tokio nüvə silahından imtina haqqında qətnamə hazırlayır

Tokio BMT Baş Assambleyasının dünyada nüvə silahından tamamilə imtina olunması haqqında qətnamə layihəsinin hazırlanması istiqamətində iş aparır. “RİA Novosti” verdiyi xəbərə görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe bildirib.

“Yaponiya nüvə silahına malik dövlətlərin nüvə ehtiyatlarının azaldılmasına fəal şəkildə nail olmağa çalışacaq. Yaponiya dünyada nüvə silahının tam məhv edilməsini özünə məqsəd tutaraq beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərinin birləşdirilməsini nəzərdə tutan yeni qətnamə layihəsini hazırlayır. Şübhə etmirəm ki, bu qətnamə bir çox ölkələr tərəfindən dəstəkləcək”, deyə baş nazir BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxışı zamanı bildirib.
523 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber