Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2015

“Moskva İŞİD-ə qarşı hava əməliyyatına başlayıb”

“Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriyada hava əməliyyatlarına başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.

Onun sözlərinə görə, rus təyyarələri İŞİD terroçularının yerləşdiyi məkanlara dəqiq zərbələr endirir.

“Rusiya ordusunun ali baş komandanı Vladimir Putinin qərarı ilə təyyarələrimiz bu gün terrorçuların Suriya Ərəb Respublikasında olan yerüstü hədəflərinə zərbələr endirib”.

Konaşenkov həmçinin bildirib ki, müdafiə naziri Sergey Şoyqu bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrini məlumatlandırıb. Rus hərbi təyyarələri İŞİD-in hərbi texnikasına, əlaqə qovşaqlarına, sursat anbarlarına, silah cəbbəxanalarına, yanacaq ambarlarına davamlı zərbələr endirir.
510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı