Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2015

İŞİD lideri arvadı ilə bərabər türk şəhərini təcili tərk etdi

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi İraqın Mosul şəhərindən Ramadiyə gedib.

Suriya ilə sərhəd bölgəsində yerləşən şəhərə gələn İŞİD liderinin özü ilə arvadını da gətirdiyi bildirilir. O, hökumət qoşunlarına qarşı əməliyyatlara şəxsən rəhbərlik edəcək.

Əl-Bağdadinin Ramadiyə gəlməsi İŞİD-in yuxarı eşalonlarında yenidənqurma aparmaq və döyüşçülərin ruh yüksəkliyini artırmaq məsədi daşıyır. Beləliklə, Əl-Bağdadi İraq ordusuna qarşı döyüş əməliyatlarını genişləndirmək niyyətindədir.

Qeyd edək ki, İraqın hakim dairələri Ramadinin İŞİD-dən təmzilənməsi üçün əməliyyatlara start veriləcəyinə dair açıqlamalar yaymışdı.

Əməliyyatlarda ümumilikdə 30 min hərbçinin iştirakı nəzərə tutulurdu.
461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...