Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

20 yaşlı gənc intihar etdi

Balakən rayonunda 20 yaşlı gənc intihar edib

Balakən rayonunda 20 yaşlı gənc intihar edib. Balakən rayon Polis Şöbəsindən apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qazma kənd sakini, 1993-cü il təvəllüdlü Sarıyev Tural Ramazan oğlu özünü yaşadığı evin həyətyani sahəsində tikilmiş mal tövləsində asıb.

20 yaşlı Tural Sarıyevin hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Balakən rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, bu son 15 gün ərzində Balakən rayonunda baş verən ikinci intihar hadisəsidir. Noyabr ayının 28-də Balakən rayonunun Tülü kənd sakini, 1946-cı il təvəllüdlü Nəbiyev Nizaməddin Ramazan oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asaraq intihar etmişdi.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16
Manat d