Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2015

BMT-də Fələstinin bayrağı ucaldıldı

Nyu-Yorkda BMT-nin qərargahında Fələstinin bayrağı ucaldılıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bayrağı Fələstin lideri Mahmud Abbas qaldırıb.

“Bu tarixi bir andır. Sentyabrın 30-u Fələstin bayrağı günü olacaq”, deyə M.Abbas bildirib.

BMT-nin baş katibi Pan Qi Mun deyib ki, bu gün bütün fələstinliləri üçün qürur günüdür.

Qeyd edək ki, BMT Baş Assambleyası quruma üzv olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib.
536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.09.17, 10:14
Daşla adam öldürdü
22.09.17, 09:50