Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2015

Qunduz azad edildi

Əfqanıstan ordusu “Taliban” hərəkatının silahlıları tərəfindən ələ keçirilən Qunduz şəhərini geri ala bilib.

Reuters agentliyinin verdiyi məlumata görə, bu barədə Əfqanıstan DİN-n rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Qunduz şəhəri geri qaytarılıb və terrorçulardan təmizlənib. “Taliblər xeyli sayda itki verib”, deyə DİN rəsmisi qeyd edib.

Sentyabrın 30-da Qunduz əyalətinin yeni qubernatoru təyin edilmiş Həmdulla Danişi faktı təsdiqləyib: “Hərbi əməliyyat barədə əlavə məlumat veriləcək. Qısa olaraq deyə bilərəm ki, yeni qoşun birləşmələri köməyimizə gələndən sonra irimiqyaslı əməliyyat həyata keçirildi. Taliblər buna davam gətirməyərək qaçdılar”.

Qeyd edək ki, “Taliban” silahlıları Qunduz şəhərini sentyabrın 28-də ələ keçirmişdilər.
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15