Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Milli Şura 15 dekabr mitinqinə ciddi hazırlaşır

Qiymət artımına qarşı keçirilən mitinqdə əhalinin bütün təbəqələri iştirak etməlidir

Milli Şura dekabrın 15-nə Bakı şəhərində mitinq təyin edib. Mitinq qiymət artımına etiraz məqsədi daşıyır və sosial tələblərlə keçiriləcək. Mitinqin aşağıda göstərilən yerlərdən birində saat 16:00-dan 18:00-a qədər keçirilməsi istənilir:
Yasamal rayonunda yerləşən “Məhsul” stadionu;
Nəsimi rayonu Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança;ÿ
“Ulduz” metro stansiyası qarşısındakı park.
Binəqədi rayonu Dərnəgül stansiyasının dəmiryol tərəfindəki çıxışı;
Nərimanov rayonunda yerləşən Nərimanov parkı.
Aksiya “Bahalaşmaya son”, “Qiymətlər endirilsin”, “Dövlət əhaliyə xidmət etmək üçündür” və s. şüarlarla keçiriləcək.
Mitinqlə bağlı meriyaya dekabrın 6-də müraciət olunsa da, hələ ki, rəsmi cavab verilməyib. Ancaq Milli Şura mitinqlə bağlı hazırlıqlara start verib.

AXCP sədrinin müavini Gözəl Bayramlı qəzetimizə açıqlamasında bildirdi ki, mitinqlə bağlı partiyada ciddi müzakirələr olub və mitinqdə tam tərkibdə iştirak qərarı verilib: “15 dekabr mitinqinə hazırlıq məqsədilə partiyanın bütün şöbələri ilə toplantılar keçirilib və müvafiq tapşırıqlar verilib. Hər zaman olduğu kimi mitinqə ciddi hazırlaşırıq. Bu mitinq sırf sosial problemlərlə bağlıdır və əhalinin ciddi narazılığı müşahidə olunur. Mitinqlə bağlı əhval-ruhiyyə yaxşıdır və güman edirik ki, cəmiyyətin müxtəlif təbəqələri bu mitinqə dəstək verəcək. Bizim vəzifəmiz insanları bu mitinqə səsləmək və təbliğat aparmaqdır. Bu mitinqin tələbləri hər bir vətəndaşın həyat şəraiti ilə bağlı olduğu üçün, hər kəsin iştirakı vacibdir”

KXCP sədrinin müavini Xəzər Teyyublu da Milli Şuranın mitinqinə ciddi hazırlaşdıqlarını və əhalinin bu mitinqə mütləq dəstək verməli olduğunu bildirdi: “Biz mitinq müzakirələrində yaxından iştirak etmişik və bu mitinqin çox zəruri olduğunu düşünürük. Qarşıdan güclü bahalaşma gəlir, həm ərzaq, həm də sənaye məhsullarının qiyməti qalxacaq. Bu isə əhalinin vəziyyətinin pisləşməsi deməkdir. Hesab edirəm ki, bu mitinqdə yalnız Milli Şurada təmsil olunan partiyalar deyil, digər partiya və təşkilatlar da iştirak etməlidir. Bu mitinq sosial tələblərlə bağlıdır və xalq bu mitinqə dəstək verməlidir. Milli Şura xalqın problemlərini hər zaman gündəmə gətirib və xalqın güvənə biləcəyi bir quruma çevrilib”.

AMIP-in baş katibi A.Əlizadə də modern.az-a açıqlamasında partiya üzvlərinin mitinqdə iştirak edəcəklərini bildirib: “Milli Şuranın seçki ilə bağlı mitinqlərində bizim partiyanın da fəal üzvləri iştirak ediblər. Partiya üzvlərinə mitinqdə iştirakla bağlı heç bir qadağa qoyulmayıb. Növbəti mitinq də ölkədə qiymət artımı ilə əlaqədardır. AMIP-in üzvləri də həmin mitinqdə iştirak edə bilərlər”./azadlıq/
1618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14
Əbd