Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2015

Rusiya: Suriya üzərindən uçuşları dayandırın!

Bu tələblə Putinin sözçüsü kimi tanınan Dmitri Peskov çıxış edib.

Sözçü Suriya üzərində uçuş həyata keçirə biləcək yeganə xarici dövlətin Rusiya ola biləcəyini deyib. Onun sözlərinə görə, ölkəsinə bu haqqı beynəlxalq hüquq normaları və Suriyanın legitim hakimiyyəti verib: “Ölkəm Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirmək hüququna malik olan yeganə dövlətdir. Xaricdə hərbi əməliyyatlar keçirmək üçün ya BMT-nin qərarı, ya da yerli hakimiyyətin razılığı olmalıdır. Rusiya legitim Suriya hökumətinin tələbinə uyğun olaraq bu hüququndan istifadə edir”.

Xatırladaq ki, bu gün Rusiya Federal Şurası Putinin istəyi ilə ona xaricə əsgər göndərmək səlahiyyəti verib. Moskvanın açıqlamasına görə, bu qərar Suriya hakimiyyətinin müraciəti əsasında qəbul olunub.
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37