Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2015

ABŞ Papanın xahişini yerə saldı - Edam

Roma Papasının edama məhkum edilən qadının əfv edilməsi ilə bağlı istəyi yerinə yetirilməyib.

ABŞ-ın Georgia əyalətində 47 yaşlı qadın edam edilib. Vəkillərin federal məhkəməyə müraciət etməsinə baxmayaraq, 1996-cı ildə ərinin ölümündə ittiham edilən Kelli Rene Gissendaner adlı qadın bu gün səhər saatlarında zəhərli iynə vurularaq öldürülüb.

1997-ci ildə edam cəzasına məhkum edilən qadının boşanma məsələsinə görə əri ilə yaşadığı mübahisə zamanı onu öldürdüyü açıqlanıb.

Qeyd edək ki, Roma Papası bir müddət öncə ABŞ-a səfəri zamanı edam cəzalarının dayandırılmasını və məhkəmədən Kelli Rene Gissendanerin bağışlanmasını istəmişdi.
776 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP