Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2015

Sarımsağın iyini necə yox etmək olar?

Sarımsağı bir çox insanlar xoşlayır. Sarımsaq çox xeyirli məhsuldur, təbii müalicəvi və profilaktik vasitədir.
Sarımsaq iltihabəleyhinə, viris və mikrobəleyhinə, qurdəleyhinə, antiseptik, xərçəngəleyhinə təsirə malikdir. Son araşdırmalar nəticəsində məlum oldu ki, sarımsağın qəbulu ürəyin sağlamlığını qoruyur.
Bu məhsulun yeganə mənfi tərəfi spesifik iydir. Sarımsaq yeyən insanın ağzından və hətta bədənindən bu iy gəlir. Bunun səbəbi sarımsağın tərkibində olan xüsusi maddələr - tiosulfidlərdir. Bu maddələr həzm sistemində parçalanmır və qana sovrulur. Qan ağ ciyərlərdə karbon qazından azad olunur və oksigenlə zənginləşir. Buna qaz mübadiləsi deyilir. Məhz bu qaz mübadiləsi nəticəsində ağızdan sarımsaq iyisi gəlir. Beləlikə, bu iy, insanların əksəriyyəti fikirləşdiyi kimi, mədədən deyil, ağ ciyərdən gəlir. Həmçinin iy tərlə və sidiklə ifraz olunur.
Bir çox insanlar bu xoşagəlməz iyə görə sarımsağı yemir və nəticədə onun xeyirli xüsusiyyətlərindən faydalanmır. Sarımsaq iyini necə yox etmək olar?

1. Saqqız kömək etmir.
2. Cəfəri, nanə, reyhan və s. kimi müxtəlif vasitələr də bu iyin qarşısını ala bilmir.
3. Süd və süd məhsulları (qatıq, ayran, kefir) sarımsağın iyini neytrallaşdıra bilir. Bu səbəbdən sarımsaq yedikdən sonra süd və ya süd məhsulları qəbul edin. Bu sizi xoşagəlməz iydən xilas edəcək./Saglamolun/
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00: