Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Bakıdı sürücülərin üsyanı gözlənilir

Nə Tarif Şurası qiyməti qaldırır, nə də sahibkarlar planı endirir
Yanacağın qiymətinin artması ictimai nəqliyyatda xidmət göstərən sürücüləri narazı salıb. Bu barədə qəzetimizə “20 yanvar” dairəsində xidmət göstərən sürücülər bildirdilər. Onlar ziyana işlədiklərini, Nəqliyyat Nazirliyinin, sahibkarlar, sürücülərin hüquqlarını müdafiə etmədiyini deyirlər. 

Sərnişin avtobuslarının sürücülərinin gündəlik planı aşağı salınmayıb. Bu da onların əvvəlki qazanclarından məhrum edib, çünki yanacağı 30 faiz baha alsalar da gediş haqqı dəyişməyib.

Söhbət etdiyimiz sürücülərin bizdən xahiş elədlilər ki, oldu ki, onların nəqliyyat vasitələrinin nömrələrinin şəklini çəkməyək. Şəklini çəkib qəzetə versək Nəqliyyat Departamentinin əməkdaşları və sahibkarlar onları incidəcəklər. Özlərini də təqdim etmədilər. 
“130” nömrəli maşrutun sürücüsü deyir ki, istənilən dəyişiklik problemsiz ötüşməyəcək: “Gediş haqqı qiyməti qalxsa sərnişinlər narazı olacaq, gediş haqqı qalxmasa biz narazı olacağıq. Biz ziyana işləyirik. Sahibkar da planı aşağı salmır, onun öz maraqları var. Əsas narazılıqlar müvafiq mərkəzi icra hakimiyyəti qurumlarıdır, onların idarəçiliyinin sıfır səviyyədə olmasıdır. Rəsmilər öz maraqlarına uyğun addm atırlar, vətəndaşları düşünmürlər”.
Sürücülər Bakıda sərnişin avtobuslarında gözlənilən yenilikdən də narazıdırlar: “Gediş haqlarının ödənilməsi 2014-cü ilin əvvəlindən etibarən kart sistemilə olacaqsa, bu narazılıqları daha da arıtıracaq. Bu sistemin Bakıda gerçəkləşməsi problemdir. Paytaxtda keçirlən “Avroviziya” müsabiqəsi zamanından deyilirdi ki, bu sistem tətbiq olunacaq. Bu nə nazirliyə, nə sahibkara, nə də sürücüyə sərf edir. Biz maaşla işləsək, planı doldurmaq istəməyəciyik. Çünki nə qədər sərnişini daşıyıb-daşımağımızdan asılı olmayaraq bizim qazancımız dəyişməz olaraq qalacaq. Bilmirəm, həvəsləndirici bir şeylər olacaq ya yox. Bunu da kimə verilib-verilməməsi də bir problem olacaq: Qərəz, ayrı-seçkilik olacaq”.
Avtobus sürücüləri sərnişin azlığından şikayətlənməsələr də, taksi sürücüləri gəlir mənbəyini itirmək üzrə olduqlarını söylədilər.

“Məcbur oluruq ki, fərdi xidmət göstərməyək. Məsələn “Sədərək” bazarına adamın biri 1 manatdan yığıb aparırıq. Beləliklə pul qazanırıq. Az hallarda kimsə fərdi sifariş verib taksiyə minir. Daha çox bir istiqamət seçib hər kəs üçün sərnişin daşıyırıq”, deyə sürücülərdin biri gileyləndi. 
Sürücülər bildirdilər ki, xidmət haqqının qiymətini qaldırmayıblar. «Ziyana işləyirik, sərnişinlər də biz dediymiz məbləği vermək istəmirlər». Taksi sürcüsü olan keçmiş polis əməkdaşı deyir ki, onlar etiraz etmək həddindədirlər: “Mən maraqlandım, nəqliyyatın ehtiyyat hissələri, təmir yerlərində qiymətlər bahalaşıb. Ehtiyyat hissələri başqa ölkələrdən gətirilir, yanacağın qiymətinin baha olması nəticəsində xərclənən vəsaiti sürücülərdən alırlar. Təmirçilər xidmət haqqını qaldırıblar. Ərzağın, tərəvəzin qiyməti qalxıb, bu məhusulları almaq üçün əməyinin qiyməti artırıblar. Bəs biz? Bizim ailəmiz yoxdurmu? Xeyirimiz, şərimiz yoxdurmu? Biz sürücülərin qazanc mənbəyi məhdudlaşdırılıb. Sosial partalayış ola bilər. Sadəcə, Bakıda güc strukturları narazı sürücülərin aksiyasına mane olur”.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə «Bizim Yol»a bildirdi ki, sürücülər narazılıqları ilə bağlı nazirliyə müraciət etməyiblər: “Müraciət etsələr şikayətlərinə müvafiq cavab verilə bilər. Amma bizim hər şeydən xəbərimiz var, araşdırma aparırıq”.


/bizimyol/
1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber