Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2015

İran Rusiyanın Suriyadakı addımlarını dəstəkləyib

İran Rusiyanın Suriyada terrorçulara hava zərbələri endirmək barədə qərarını dəstəkləyib.

TASS-ın verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxəm deyib. O bildirib ki, regionda və bütün dünyada sülhə təhdid olan terrorizmə qarşı əsl və hərtərəfli mübarizə vacib ehtiyacdır: “Bu hədəfin reallaşması iradə və qətiyyət, o cümlədən İraq və Suriya hökumətləri ilə birlikdə dünya ölkələrinin birgə fəaliyyət göstərməsini tələb edir. O ki qaldı Suriya hökumətinin hərbi kömək barədə Rusiyaya müraciət etməsinə, İran Rusiyanın Suriyadakı silahlı terror qruplaşmalarına qarşı hərbi əməliyyatına terrorizmlə mübarizəyə töhfə kimi baxır”./apa/
520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP