Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2015

Bayağı hökumətin bayağı efiri

Hakimiyyətin müdaxiləsi bütün teleməkanı bozlaşdırdı

Ölkə telekanalları ilə bağlı bugünə qədər 100-lərlə tənqidi məqalə yazılıb, efirin bayağı proqramlarla doldurulduğu, tamaşaçının yerli telekanallardan imtina etdiyi qeyd olunub. Həqiqətən də bu gün ölkə vətəndaşları yerli kanalları boykot edib və əksəriyyət çanaq antennalarından, kabel televiziyasından istifadə edir.

Səbəb isə çox sadədir. Telekanallar mənasız şou proqramları, mövcud hakimiyyətin aşırı tərifi və yalançı inkişafın təbliği ilə məşğul olur. Tənqidi proqramlar, polemikalar, müxtəlif siyasi düşüncələrin debatları, cəmiyyətdəki problemlərin işıqlandırılması telekanallarda qadağan edilib. Hər dəfə MTRŞ-nin rəhbərliyi bayağı verilişlərin bağlanacağını bildirir, telekanallara xəbərdarlıq edilir və nəticə dəyişmir.


Indi də “Axtarıram səni”, “Sən tək deyilsən” və bu qəbildən olan proqramların yayımını dayandırıblar. Guya, bu addımları atmaqla televiziyada islahatlar aparırlar. Məsələ burasındadır ki, təqdim etməyə başqa bir nümunə də yoxdur. Indiki məntiqlə yanaşsaq, efiri zəbt edən proqramların 95 faizinin yayımı dayandırılmalıdır. Bir-birini təkrarlayan şou verilişlər, mətbəx proqramları insanın gözünü yağır edir. Yarışma proqramları isə başqa ölkədə yayımlanan proqramların şit təkrarıdır.

Yeri gəlmişkən “Axtarıram səni” proqramı əslində hakimiyyətin “inkişaf” nağılını təkzib edən bir proqramdı. Məlum olur ki, ölkədə 1000-lərlə insan dolanışıq üçün qonşu ölkələrə üz tutur və bir qismi də həmin ölkələrdə dünyasını dəyişir. Yəni bu veriliş Azərbyacan insanının faciəli həyatından, ölkədəki sosial vəziyyətin ağırlığından xəbər verir.

Amma bu yazının məqsədi adı çəkilən proqramı müdafiə məqsədi daşımır və bu veriliş digərlərindən üstün deyil.

Sadəcə olaraq demək istəyirik ki, hakimiyyətin avtoritar siyasəti təkcə seçki qutularını yox, efir məhsulunu da saxtalaşdırıb. Bir vaxtlar “Qulp”, “Nəzər nöqtəsi”, “Əhatə dairəsi”, “Cəm” və digər verilişlər var idi ki, insanlar fərqli fikir eşidirdilər, maraqla izləyirdilər. Amma mövcud hakimiyyət öz yalanlarını tirajlamaq, insanları yalanla qidalandırmaq üçün bütün proqramları qapatdı.

Bir sözlə, efirin bu vəziyyətə düşməsi, tamaşaçının yerli telekanalları boykot etməsi aparılan siyasətin nəticəsidir. Bütün kanallar başqa ad altında AzTV-nin oxşarıdı və heç bir kanal müstəqil fəaliyyət göstərə bilməz. Ölkəni elə vəziyyətə saldılar ki, Sovet dövründə çəkilmiş filmləri təkrar-təkrar yayımlamaqdan təsəlli tapırlar. Hətta sovet dövründə əhali arasında nüfuz qazanmış proqramları da təkrar-təkrar efirə verirlər.

Ona görə də hansısa proqramın yayımını dayandırmaq çıxış yolu deyil. Vəziyyəti dəyişmək üçün hakimiyyət televiziyaya müdaxilə etməməli, efirdəki yaltaqlıq, məddahlıq, bayağılığa son qoyulmalıdır.

Samir
678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30