Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2015

Azərbaycanlı nazirin erməni dostu

Əgər Cigarxanyan müxalifətçinin dostu olsaydı…

Belə bir deyim var: “Özgəsinə quyu qazan özü düşər”. Bizim bu hakimiyyət də uzun illərdi “dərin quyular” qazmaqla məşğuldu. Amma hər dəfə bu “quyu”lara hökumətin özü düşür.

Ləyaqətli, vicdanlı insanları “narkotika isitfadəçisidir”, “xuliqandır”, “vergidən yayınıb”, “ermənipərəstdir” kimi təqdim etməklə ləkələməyə çalışır, sifarişli məhkəmə hökmləri ilə həbs edirlər. Amma hər dəfə məlum olur ki, tonlarla narkotika bu hökumətin cibindən çıxır, ən kobud xuliqanlıqları vəzifəli şəxslərin övladları törədir, vergidən ən çox yayınan iri dövlət müəssisələridir və ermənipərəstlərə qucaq açan, ermənilərə qayğı göstərən də bu hakimiyyətdir.

Bugünlərdə yayılan bir xəbər isə lap yerinə düşdü.

Məşhur erməni aktyor Armen Cigarxanyan 80 illik yubileyi ərəfəsində “Rossiyskaya qazeta”ya həyatı, yaradıcılığı və hələ xeyli yaşamaq arzuları haqda danışıb. SSRI xalq artisti Cigarxanyan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nara Şirəliyeva ilə uzun illərdir yaxın dost olduğunu gözlənilmədən etiraf edib.

“Mən erməniyəm, ancaq mənim azərbaycanlılarla tamamilə möcüzəvi dostluq münasibətlərim də var. Mənim çoxillik rəfiqəm, ”Kultura” kanalının aparıcısı Nara Şirəliyeva azərbaycanlıdır”- deyə erməni aktyor bildirib.

Bir anlıq təsəvvür edin ki, Armen Cigarxanyan eyni sözləri hansısa müxalifətçinin övladı haqda, hansısa müxalif fəal haqqında səsləndirib. O zaman nə baş verərdi? Vətənşüvənlər həmin müxalifətçinin evinin önündə aksiya keçirərdi, qalstuklu yaltaqlar telekanallara çıxıb bu şəxslərin xəyanətindən danışardı və “erməni agenti” ittihamı ilə bu şəxslər həbs edilərdi.

Hələ heç bir sübutun olmadığı halda müxalifət düşərgəsini “ermənipərəst” adlandırırlar. Hüquq müdafiəçisi Leyla Yunusu, jurnalist Rauf Mirqədirovu ermənilərlə iş birliyində ittiham etdilər. Hansıki, bir hüquq müdafiəçisi kimi Leyla Yunusun, bir jurnalsit kimi Rauf Mirqədirovun ermənilərin də iştirak etdiyi beynəlxalq tədbirlərdə təmsil olunmaları təbiidir. Demək istəyirik ki, heç bir günahı olmayan insanları ”ermənipərəst” adıyla ləkələyirlər, amma öz nazirlərinin qızı ermənilərlə dostluq edir.

Deməli, hakimiyyətin ermənipərəst ölkələrə milyardlar xərcləməsi, erməniyə atalıq edən Rusiyanın qarşısında səcdə etməsi, erməni müxalifətçisinə sığınacaq verməsi, nazir qızının ermənilərlə dostluğu vətənə xidmətin göstəricisidir. Amma hansısa müxalifətçinin erməninin 100 metrliyindən keçməsi vətənə xəyanətdir.

Bir daha təsdiq olunur ki, hakimiyyətin “ermənipərəst” arqumenti gözdən pərdə asmaq üçündür. Əgər Leyla Yunus, Rauf Mirqədirov, müxalifət liderləri həqiqətən də ermənipərəst olsaydılar, bu hakimiyyət onlara “Şərəf” ordeni verərdi. Yəni bu gün şərlənərək həbs olunanlar həqiqi ermənipərəst olmadıqları üçün cəzalanıblar.

Bizim hakimiyyət erməniləri də, ermənipərəstləri də çox sevir. Hətta nazirlər səviyyəsində bu dostluq uğurla davam edir. Öz gözlərində tiri görmürlər, özgəsində qıl axtarırlar.
684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33<